“UNEC Rus iqtisad məktəbində 04.04.2022 –ci il tarixində İsrailin Azrieli Akademik Mühəndislik Kolecinin professoru Dr.Pini Davidov gibrid formatında “Planlaşdırma səhvləri və davranış iqtisadiyyatı” mövzusunda axırıncı master klass dərsini keçirtdi.
UNEC Rus iqtisad məktəbinin direktoru, koqnitiv iqtisadiyyat mərkəzinin rəhbəri, dosent Mənsur Bərxudarov tədbiri açıq elan edib, sözü məruzəçilərə verib.
Məruzəçi ilk növbədə təşkilat daxilində tapşırıqların yerinə yetirilməsinin adətən fəaliyyətlərin proqnozu və tələb olunan resurslar əsasında planlaşdırma ilə bağlı olduğunu vurğuladı. Əlavə olaraq məruzəçi qeyd etdi ki ,planlaşdırma səhvi davranış iqtisadiyyatında gündəlik olaraq nəzərə çarpan koqnitiv qərəzdən irəli gələn bir fenomenidir.
Çıxışın sonunda dr. Pini qeyd edilmiş istiqamətdə aparılan tədqiqat nəticələri ilə iştirakçıları tanış etdi. Bu tədqiqat nəticələri iştirakçıların həm akademik, həm də qeyri-akademik tapşırıqlarda həddindən artıq optimist proqnozlar verib-vermədiyini müəyyən etmək üçün aparılan təcrübələrə əsaslandırılmasını bildirdi.
Professor-müəllim heyəti və fəal tələbələr tərəfindən böyük maraqla qarşılanan məruzə ətrafında diskussiya aparıldı.
Bir sıra suallar cavablandırıldı və çıxışlar edildi.