Azerbaijan State University of Economics

Centre of Cognitive Economics

İsrailin Azrieli Akademik Mühəndislik Kolecinin professorları Dr. Gabi Pinto və Dr. Guy Kashi tərəfindən gibrid formatında master klass

UNEC Rus iqtisad məktəbində 29.03.2022 –ci il tarixində İsrailin Azrieli Akademik Mühəndislik Kolecinin professorları Dr. Gabi Pinto və Dr. Guy Kashi gibrid formatında master klass dərslərini keçirtdilər.
UNEC Rus iqtisad məktəbinin direktoru, koqnitiv iqtisadiyyat mərkəzinin rəhbəri, dosent Mənsur Bərxudarov tədbiri açıq elan edib, sözü məruzəçilərə verib.
Dr. Gabi Pinto “Dörd təkmilləşdirmə mərhələsinin yerinə yetirilməsi (Simptom-Problem-Həll-İcra), üç öyrənmə mərhələsi ilə (İzlə-İştirak et-yarat) mövzusu ilə çıxış edərkən sadə addımlarla problemin həlli metodunu təqdim etdi. Məruzəçi metodun dörd ardıcıl addımından bəhs etdi:
1) simptomun müəyyən edilməsi;
2) problemin səbəbinin təhlili;
3) həll yolu seçmək;
4) qərarı həyata keçirmək.
Məsələnin həllini uğurla həyata keçirmək üçün “problem”, “effektivlik” və “səmərəlilik” kimi anlayışlara aydınlıq gətirdi.
Qeyd etmək istərdik ki, Gabynin tədqiqat sahəsi planlaşdırma və əməliyyat tədqiqatı ilə bağlıdır.
Gaby əvvəllər Motorola şirkətində mühəndis və menecer kimi çalışıb.
İkinci məruzəçi Dr. Guy Kashi “Komanda işi – qrupun inkişafı mərhələsi” mövzusu ilə çıxış etdi.
Məruzəçi, bio-idarəetmə, komanda işi və münaqişələrin idarə edilməsindən bəhs edib, təqdimatında komanda işinin inkişaf mərhələlərinə nəzər saldı.
Əlavə olaraq, qeyd etmək istərdik ki, Dr. Kaşi Intel şirkətində mühəndis və menecer kimi çalışıb. O, həmçinin konsaltinq sahəsində 20 ildən çox təcrübəyə malikdir.
Professor-müəllim heyəti və fəal tələbələr tərəfindən böyük maraqla qarşılanan məruzə ətrafında diskussiya aparıldı.
Bir sıra suallar cavablandırıldı və çıxışlar edildi.
Unec- də masterklassların keçirilməsi davam edir.