Azerbaijan State University of Economics

Centre of Cognitive Economics

İsrailin Azrieli Akademik Mühəndislik Kolecinin professoru Pini Davidov tərəfindən gibrid formatında master klass

UNEC Rus iqtisad məktəbində 28.03.2022 –ci il tarixində İsrailin Azrieli Akademik Mühəndislik Kolecinin professoru Pini Davidov tərəfindən, “Davranış iqtisadiyyatı kontekstində maddi stimullaşdırma” mövzusunda gibrid formatında master klass dərsi keçirilib.
Keçirilər master klass dərsində UNEC-in əməkdaşları və tədqiqatçıları ilə yanaşı, İsrailin Azrieli Akademik Mühəndislik Kolecinin professorları Gabi Pinto və Guy Kashi iştirak etmişdilər.
UNEC Rus iqtisad məktəbinin direktor müavini Anar Eyyubov tədbiri açıq elan edib və sözü Rus iqtisad məktəbinin direktoru, koqnitiv iqtisadiyyat mərkəzinin rəhbəri dosent Mənsur Bərxudarova verib.
Dosent Mənsur Bərxudarov mövzunun aktuallığını vurğulayaraq, məruzəçi professoru Pini Davidovu master klass iştirakçılarına təqdim edib və sözü ona verib.
Məruzəçi davranış iqtisadiyyatı kontekstində iqtisadi və maliyyə təhlilində emosional, sosial və koqnitiv amillənə nəzər salaraq, onların iqtisadi qərarların qəbuluna təsirinin vacib olduğunu vurğuladi.
Əlavə olaraq, məruzəçi bildirdi ki, davranış iqtisadiyyatı kontekstində maddi həvəsləndirmə sistemlərindən istifadə edərkən müəyyəm amillər nəzərə alınmalıdır. Xüsusilə, məruzəçi əmək fəaliyyətinin nəticələrinin tanınmasının motivasiyaya təsiri, əməyə maddi və qeyri-maddi həvəsləndirmələrin birləşməsi, koqnitiv və texniki tapşırıqlar, və motivasiya kimi amilləri vurğulayıb.
Sonra isə məruzəçi qeyd edilmiş amillərin təsir dərəcəsinə əsaslanaraq, onların əməyin həvəsləndirilməsi sahəsində tədqiqatların nəticələrində əks olunduğunu
təqdimatda nümayiş etdirib.
Professor-müəllim heyəti və fəal tələbələr tərəfindən böyük maraqla qarşılanan məruzə ətrafında diskussiya aparıldı.
Bir sıra suallar cavablandırıldı və çıxışlar edildi.
Əlavə olaraq, qeyd etmək istərdik ki, Unec- də masterklassların keçirilməsi davam edir.