Azerbaijan State University of Economics

Centre of Cognitive Economics

25.06.2021-ci il tarixində UNEC-də “İqtisadi qərarların verilməsində koqnitiv xətalar və onların davranışda təzahürü” mövzusunda onlayn seminar keçirilib

25.06.2021-ci il tarixində UNEC-də “İqtisadi qərarların verilməsində koqnitiv xətalar və onların davranışda təzahürü” mövzusunda onlayn seminar keçirilib. UNEC Koqnitiv İqtisadiyyat Tədqiqat Mərkəzinin və Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin təşkilatçılığı ilə keçirilən seminara UNEC əməkdaşları ilə yanaşı, ABŞ, Almaniya, İngiltərədən olan tədqiqatçılar da qatılıb.
UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin müdiri Rəna Hüseynova mövzunun aktuallığına diqqət çəkərək, mərkəz tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.
UNEC Koqnitiv İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəri dosent Mənsur Bərxudarov XXI əsrin yeni elm sahəsi olan koqnitiv iqtisadiyyatın iqtisad elminin maraqları baxımından, həmçinin milli iqtisadi maraqlar baxımından da faydalı olduğunu bildirib.
Sonra UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin rəhbər müavini, ABŞ Auburn Universitetinin Aqrobiznes və Eksperimental İqtisadiyyat üzrə assistant professoru Samir Hüseynov təqdimatla çıxış edib. O, klassik iqtisadi modellərdə qərarvermə proseslərinin motivləri barədə ətraflı məlumat verib, iqtisadi qərarların verilməsində koqnitiv xətaların insan davranışlarında gözlənilməz nəticələrə səbəb olmasının elmi cəhətdən izahını seminar iştirakçıları ilə bölüşüb.
Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb