Azerbaijan State University of Economics

Centre of Cognitive Economics

“İnstitusional amilin qərarların verilməsinə təsiri” mövzusunda onlayn seminar keçirilib

 

UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin və UNEC EFTİED-in Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin birgə təşkilatçılığı ilə “İnstitusional amilin qərarların verilməsinə təsiri” mövzusunda onlayn seminar keçirilib.

UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin və UNEC EFTİED-in Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin birgə təşkilatçılığı ilə 09.10.2021 –ci il tarixində UNEC-də Koqnitiv iqtisadiyyat Mərkəzinin Aqrobiznes və Experimental İqtisadiyyat üzrə professor assistenti Samir Hüseynov tərəfindən, “İnstitusional amilin qərarların verilməsinə təsiri” onlayn seminar keçirilib.

 

 

Təşkil olunmuş onlayn seminarında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Rus İqtisad Məktəbinin (RESH) direktoru, UNEC Koqnitiv iqtisadiyyat mərkəzinin rəhbəri dosent Mənsur Bərxudarov seminarı açıq elan edib. Dosent Mənsur Bərxudarov koqnitiv iqtisadiyyat sahəsininin genişlənməsini qeyd edərək, Qarabağ iqtisadiyyatının bərpası şəraitində sanayə inqilabının bütün dünya ölkələrə verdiyi çağrışlara bağlı olduğunu vurğulayıb. Əlavə olaraq qeyd etdi ki, institusional amillərinin rolunun artırılması və onların maliyyə qərarlarının verilməsinə təsiri, aparılan araşdırmala əsasən, qərarvermə prosesinə yanaşmamızı fundamental olaraq dəyişdirib.

Sonra isə çıxış üçün sözü Samir müəllimə verib.

Məruzəçi son 15 il ərzində aparılmış tədqiqatların nəticələrinin ümumiləşdirilməsinə əsaslanaraq, ölkələrin sosial-iqtisadi inkişafında institusional amillərin  əhəmiyyətli rolunu vurğulayıb. Məruzəçi qeyd edib ki, əldə edilmiş tədqiqatların əsas nəticələrinin təhlilinə əsaslanaraq, qərarların qəbul edilməsinə müxtəlif institusional amillərinin (qanunlar, vergitutma , hüquq mühafizə orqanları sistemi, maliyyə bazarının inkişafı və s.) təsiri iqtisadiyyatın inkişafında vacib rol oynarır.

Çıxış edərkən, məruzəçi ölkələrdə müxtəlif institusional amillərinin qərarvermə prosesinə təsiri ilə bağlı araşdırmaların nəticələrini müzakirə edib.

Sonra isə məruzəçi institusional amillərin inkişaf perspektivlərinin formalaşmasına verdiyi töhfənin qiymətləndirilməsini, dünyada iqtisadi, sosial, hüquqi, siyasi institutlar sistemində baş verən dəyişikliklər ilə bağlı olduğunu vurğulayıb. Bu dəyişikliklərin müəyyən istiqamətlərdə hansı yeni perspektivlər qazandırdığını ortaya qoyub.

Professor-müəllim heyəti tərəfindən böyük maraqla qarşılanan məruzə ətrafında diskussiya aparıldı və suallar ünvanlandı.