Azerbaijan State University of Economics

Centre of Cognitive Economics

Professor Teymur Vəliyevə həsr olunan konfrans: “Biliyə əsaslanan iqtisadiyyat”

UNEC-in 90 illik yubiley tədbirləri çərçivəsində görkəmli iqtisadçı, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Teymur Vəliyevin həyat və yaradıcılığına həsr olunan “Biliyə əsaslanan iqtisadiyyat: keçidin tezləşdirilməsi zəruriliyi və mexanizmi” mövzusunda 06.06.20 il tarixində onlayn konfrans keçirilib.

Rus İqtisad MəktəbiUNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin birgə keçirdiyi konfransda universitetin professor müəllim heyəti ilə yanaşı, professor Teymur Vəliyevin ailə üzvləri də iştirak ediblər.

Konfransın əsas məruzəçisi Rus İqtisad Məktəbinin direktoru, Koqnitiv iqtisadiyyat UNEC Tədqiqat Mərkəzinin rəhbəri, dos. Mənsur Bərxudarov görkəmli alim Teymur Vəliyevin yüksək pedaqoji keyfiyyətlərindən danışıb.

 

 

Mənsur Bərxudarov “Koqnitiv potensial, bilik iqtisadiyyatına keçid və onun reallaşma mexanizmi” mövzusunda çıxış edərək bilik iqtisadiyyatı və koqnitiv potensial anlayışlarının məzmunun açıqlayıb və Azərbaycanda bilik iqtisadiyyatına keçmək üçün dövlətimizin həyata keçirdiyi siyasətin sistemli və ardıcıl xarakter daşıdığını vurğulayıb.

Məruzəçi Azərbaycanda bilik iqtisadiyyatına keçidin tezləşdirilməsi üçün Dünya Bankının tövsiyələri ilə yanaşı, təkliflər də səsləndirib.

Elm və innovasiyalar üzrə prorektor professor Sakit Yaqubov Teymur Vəliyevlə bağlı xatirələrini bölüşüb, alimin keçdiyi elmi yola qısa nəzər salıb.

Tədbirdə iştirak edən millət vəkili, professor Rüfət Quliyev görkəmli iqtisadçı alimin onun elmi rəhbəri olduğundan danışaraq, Teymur Vəliyevi xeyirxah bir insan kimi xatırlayıb.

UNEC Ekonofizika tədqiqat mərkəzinin rəhbəri, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, professor Məhiş Əhmədov, “Nəzəri və praktik iqtisadiyyat” kafedrasının müdiri professor Ümidvar Əliyev, dosent Zöhrə Mustafayeva, dosent Natiq Qurbanov və digər çıxış edənlər görkəmli iqtisadçı alim Teymur Vəliyevlə bağlı xatirələrini bölüşüblər.

Tədrbirin sonunda mərhum alimin övladı, iqtisadçı alim, AR Energetika nazirinin müavini Samir Vəliyev atası haqqında xoş sözlərə və xatirəsinin yad edildiyinə görə universitet rəhbərliyinə, konfransın ərsəyə gəlməsində iştirak edənlərin hər birinə təşəkkürünü bildirib.

Məzunu olduğu UNEC-in 90 illik yubileyi ilə əlaqədar universitet kollektivini təbrik edib.