Azerbaijan State University of Economics

Centre of Cognitive Economics

“Mental uçot və beynin maliyyə səhvləri” mövzusunda 07.07.2021-ci il tarixində onlayn seminar

UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin və UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin birgə təşkilatçılığı ilə 07.07.2021 –ci il tarixində İsrailin Azrieli Akademik Mühəndislik Kolecinin professoru Pini Davidov tərəfindən, “Mental uçot və beynin maliyyə səhvləri” mövzusunda onlayn seminar keçirilib.

 

 

Seminarda UNEC-in əməkdaşları və tədqiqatçıları ilə yanaşı, Belarusiya Dövlət Universitetinin dosenti, i.e.n.qtisad elmləri namizədi Zelenkeviç Marina Leonidovna, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Kemex İnternational LLC-nin, ARPA-nin əməkdaşları və fərdi sahibkarlar iştirak etmişdilər.

UNEC Koqnitiv İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəri dosent Mənsur Bərxudarov qeyd olunan mövzunun aktual olduğunu bildirərək, onun həm nəzəri və praktik mənasının iqtisadi qərarların qəbul olunması prosesi baxımından vacib olduğunu bildirib.

Təşkil olunmuş onlayn seminarında UNEC Koqnitiv iqtisadiyyat mərkəzinin rəhbəri dosent Mənsur Bərxudarov məruzəçi professoru Pini Davidovu seminar iştirakçılarına təqdim edib və çıxış üçün sözü ona verib.

Məruzəçi mental uçotun əsaslarından bəhs edib və onun elementlərinin müasir dövrdə müxtəlif sahələrdə hansı perspektivlər qazandırdığını ortaya qoyub.

Sonra isə məruzəçi maliyyə qərarlarında irrasionallıq problemini vurğulayaraq, qeyri-müəyyənlik, qərarların qısa bir zamanda vermək ehtiyacı, əhval-ruhiyyə, ölkə mədəniyyətinin təsiri və s. amillər ilə əlaqəsini qeyd edib. Qeyd edilmiş amillərin dünya iqtisadiyyatına təhsir dərəcəsinin müəyyənləşdirilməsinin və bu istiqamətdə tədqiqatlar aparılmasının aktuallığını qeyd edərək, bu araşdırmaların iqtisadiyyatın inkişafına yeni impuls verəcəyini vurğuladı.

Professor-müəllim heyəti tərəfindən böyük maraqla qarşılanan məruzə ətrafında diskussiya aparıldı. Seminarda bir sıra suallar cavablandırılıb və çıxışlar edilib.