11.11.2021-ci il tarixində UNEC-də UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin və UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin birgə təşkilatçılığı ilə “Bazar iqtisadiyyatında ayrıseçkiliyə yer varmı?” mövzusunda onlayn seminar keçirilib.
UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin və UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin birgə təşkilatçılığı ilə 11 noyabr 2021 –ci il tarixində, UNEC Koqnitiv iqtisadiyyat mərkəzinin tədqiqatçısı, İngiltərənin Portsmut Universitetinin İqtisadiyyat fakültəsinin assistent professoru Dr. Zəhra Murad tərəfindən, “Bazar iqtisadiyyatında ayrıseçkiliyə yer varmı” mövzusunda onlayn seminar keçirilib.
Seminarı giriş sözü ilə açan şöbə müdiri Rəna Hüseynova mərkəzin fəaliyyətindən danışıb, seminarın aktual və maraqlı mövzuya müraciət etdiyini qeyd edib.
Təşkil olunmuş onlayn seminarında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Rus İqtisad Məktəbinin (RESH) direktoru, UNEC Koqnitiv iqtisadiyyat mərkəzinin rəhbəri dosent Mənsur Bərxudarov məruzəçini UNEC RESH-in professor- müəllim heyətinə təqdim edib və çıxış üçün sözü ona verib.
Seminarın məruzəçisi Dr. Zəhra Murad diskriminasiya və ayrı-seçkiliyin uzun illər sosiologiya və siyasət elmində maraq doğuran mövzusu ilə çıxış edib.
Məruzəçi, çıxışı zamanı qeyd etdi ki, ayrı-seçkilikdən azad olmaq hüquq bərabərliyini təmin edir, bərabərhüquqlu cəmiyyətdə isə iqtisadi qloballaşmanın bəhrələri daha ədalətli şəkildə bölüşdürülür, bu da sosial sabitliyi artırır və iqtisadi inkişaf sahəsində gələcək təşəbbüslərə ictimai dəstəyi artırır.
İştirakçılar tərəfindən böyük maraqla qarşılanan seminarda mövzu ətrafında geniş müzakirələr aparılıb, məruzəçi tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.